Türkiyənin Kahramanmaraş vilayətində 5,9 bal gücündə daha bir zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

***

14:49

Türkiyədə daha bir güclü qeydə alınıb.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin mərkəzi hissəsində 7,8 bal gücündə zəlzələnin baş verdiyi bildirilir.

Yeraltı təkanların Ankarada da hiss olunduğu qeyd edilir. Zəlzələ Bakı vaxtı ilə 14:30 radələrində qeydə alınıb.

Eyni zamanda Qaziantepdə 6,4 bal gücündə zəlzələnin baş verdiyi bildirilir.