Türkiyədə koronavirusa yoluxanların sayı yüksək sürətlə artır.

“Haber Global” xəbər verir ki, qardaş ölkədə daha 1196 nəfərin xəstəliyə yoluxduğu aşkarlanıb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. O bildirib ki, bununla da xəstə sayı 3629-a çatıb. Ötən gün ərzində daha 16 nəfər vəfat edib ki, ümumilikdə xəstəlikdən dünyasını dəyişənlər 75 nəfər olub. Türkiyədə bir sutka ərzində 7.286 nəfər virusa görə test edilib.