Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Qara adlanan bölgəyə endirilən zərbələr nəticəsində 3 terrorçu zərərsizləşdirilib.

"Terrora son qoymaq və millətimizi bu bəladan xilas etmək əzmindəyik. Son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək", - deyə nazirlik qeyd edib.