Türkiyə hakimiyyəti 2022-ci ildə 185 terror aktının qarşısını alıb. Bunlardan 18-i üzərinə partlayıcılar bağlayan “canl bomba”ların – kamikadzelərin zərərsizləşdirilməsi olub.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu çərşənbə günü bildirib.


Onun sözlərinə görə, ötən il 1220 terrorçu məhv edilib, onlardan 87-si qruplaşmaların rəhbərləri olub.

Soylu əlavə edib ki, il ərzində 9 minə yaxın qeyri-qanuni miqrasiyanın təşkilatçısı və 285 mindən çox qanunsuz miqrant saxlanılıb.