İveçdə yaşayan azərbaycanlı qapıçı Tanju Mustafayev Türkiyə klublarının hədəfinə düşüb.

"İqtisadiyyat.az" xəbər verir ki, İsveçin "Sävedalens IF" klubunda qapıçı mövqeyində çıxış edən 17 yaşlı Tanju Mustafayev Türkiyə klublarının maraq dairəsindədir. 

"Hal-hazırda biri böyük olmaqla, 3 klubla danışıqlar gedir. Bu ay sonuna kimi yeni komandamın adına aydınlıq gələcək"

Qeyd edək ki, bir müddət əvvəl "Qalatasaray" klubu Tanju Mustafayevi transfer etmək istəsə də, legioner limiti bu transferə mane olmuşdu.