Türkiyə parlamenti həm yerli istehsal, həm də idxal olunan təbii qazı yenidən satış üçün mayeləşdirmək məqsədilə qurğuların istifadəsinə icazə verən qanun layihəsini nəzərdən keçirir.

İqtisadiyyat.az bu barədə "Ekonomim" qəzetinə isinadən xəbər verir.

Məlumata görə, qanun layihəsinin təsdiqi ölkəyə dünyada ticarət mərkəzinə çevrilməyə imkan verəcək.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən elan edilən bərpa olunan enerji zonalarında mayeləşdirilmiş təbii qaz zavodları yaradıla bilər.

 

Gözəl Həşimova