Təlim-məşq toplanışı üçün Antalyada olan "Turan Tovuz" 2-ci yoxlama oyununa çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, Tovuz şəhər təmsilçisi İsveçrənin "Aarau" komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Turan Tovuz" ilk yoxlama oyununda Rumıniyanın "Petrolul" komandasına 2-3 hesabı ilə məğlub olmuşdu.