Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat yol qəzasına düşüb.

İqtisadiyyat.az xəbər verir ki, o, yol qəzası nəticəsində xəsarət alıb.

Xəsarət alan H.Büyükfırat Bakıdakı özəl klinikaların birinə yerləşdirilib. 

Hazırda onun müalicələri davam etdirilir.

Qeyd edək ki, türkiyəli iş adamı 1992-ci ildən Azərbaycanda yaşayır. O, "Büyükfırat" Şirkətlər Qrupunun prezidentidir.