Ötən mövsüm tovuzlu fermerlər ümumilikdə 38,4 hektar sahəni əhatə edən istixanalarda 3072 ton məhsul yetişdiriblər.

Rayon icra hakimiyyətindən bildirilib ki, fermerlər məhsul satışından 4 milyon 100 min manat gəlir əldə ediblər.

Eyni zamanda, 1329 hektar tərəvəz əkini sahəsindən 28 min 475 ton məhsul götürülüb. O cümlədən 10270 ton yerkökü istehsalından fermerlər 3 milyon 629 min manat gəlir götürüblər.

(azertac)