"Qazaxıstan hökuməti Ermənistan və Azərbaycana sülh sazişinin bağlanması üzrə danışıqlar platforması verməyə hazırdır".

İqtisadiyyata.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan sonra deyib.

Onun sözlərinə görə, Qazaxıstan Ermənistan və Azərbaycanın sülh sazişi bağlamaq istəyini alqışlayır:

“Biz Ermənistan və Azərbaycanın sülh sazişi bağlamaq istəyini alqışlayırıq. Qazaxıstan burada maksimum köməklik göstərməyə və xeyirxahlıq missiyasını öz üzərinə götürməyə, yəni iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır”.

 

Gözəl Həşimova