FBI işə qarışdı.

İqtisadiyyat.Az saytı xəbər verir ki, ABŞ-ın elektrik mühərrikli avtomobil istehsalçısı “Tesla” yeni çıxan avtomobillərindən birində söz verilən əməliyyatları həyata keçirməməsi və yatrımcıları aldatması səbəbilə FBI tərəfindən sorğuya alınıb.

Hazırda FBI, şirkətin yatırımcıları “Model 3” modeliylə bağlı aldadıb-aldatmadığını araşdırır. Qeyd edək ki, şirkət rəsmiləri hələ məhkəmə ilə bağlı hər hansı bildiriş almadıqlarını bildiriblər.