Soyqırım dünyanın bir sıra ölkələrində, Türkiyədə, Serbiyada, Çinin paytaxtı Pekin şəhərində, Danimarkada, Sloveniyanın Maribor şəhərində, Qazaxıstanın Aktau və Almatı şəhərlərində yad edilib.  Anım tədbirlərində Azərbaycanın həmin ölkələrdəki səfirləri, baş konsulluqları, alimlər, yazıçılar və jurnalistlər iştirak ediblər.

Monteneqronun geniş oxucu kütləsinə malik “volimpodgoricu.me” internet xəbər portalında Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin üzvü Sanida Sabotiçin “Xocalıdakı soyqırımdan 27 il ötür” başlıqlı məqaləsi yayımlanıb. Müəllif insanlığa sığmayan bu cür hadisələrin bir də təkrarlanmamasını arzuladığını yazıda qeyd edib.

Qeyd edək ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri və 366-cı motoalayın iştirakı ilə törədilib. 613 insan şəhid olub, 8 ailə ümumiyyətlə məhv edilib.

 

İqtisadiyyat.az