Cari ilin yanvar-iyul aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Azərbaycandan Türkiyəyə 24% çox, yəni 6,3 mlrd kubmetr qaz ixrac edilib.

Bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

TANAP ilə Türkiyəyə bu müddətdə 2,4 mlrd kubmetr qaz nəql olunub.

2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin avqust ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 6,3 mlrd kubmetr qaz nəql edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.report