Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və "Taliban"ın xarici işlər naziri Əmir Xan Müttəqi arasında telefon danışığı olub. 

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, Əmir Xan Müttəqi 6 fevralda Türkiyədə baş verən zəlzələ ilə əlaqədar olaraq həmkarına başsağlığı verib. O, həmçinin Türkiyəyə digər yardımları etməyə hazır olduqlarını da qeyd edib.