Suriyada zəlzələ qurbanlarının sayı 1600 nəfəri ötüb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə eynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyada nümayəndə heyətinin sədri Brinç Hansen məlumat paylaşıb. 

O qeyd edib ki, zəlzələ nəticəsində 3 548 nəfər yaralanıb. Həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.