"Sumqayıt" futbol klubu tarixi antirekordu təkrarlayıb.

İqtisadiyyat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Sabah"a 0:6 hesabı ilə uduzan "gənclik şəhəri" təmsilçisi ən ağır məğlubiyyətlərindən birini yaşayıb.

Komandanın digər acınacaqlı nəticəsi də eyni hesabla olub. 2018/2019 mövsümünə təsadüf edən matçda "Qarabağ" "Sumqayıt"a 6 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, “Sabah”ın vurduğu 3-cü qol “Sumqayıt”ın Premyer Liqada buraxdığı 500-cü top olub. 346-cı matçda bu rəqəmə çatan "kimyaçılar" bu qədər qol buraxan 8-ci komandadır.