Sumqayıt" FK Dieqo Karioka ilə müqavilə imzalayıb.

 

İqtisadiyyat.az xəbər verir ki, "Sumqayıt" FK dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb. Klub "Kolos"un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətinə cəlb edib. Braziliyalı vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. 

Qeyd edək ki, "Sumqayıt" FK-nın tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində "Şaxtyor" (Soliqorsk, Belarus), "Vitebsk" (Belarus), "Yagelloniya" (Polşa), "Zalagerseq" (Macarıstan) və "Kolos" (Ukrayna) kimi klublarda çıxış edib.