2003-2023-cü illər ərzində Azərbaycanda 20 703,6 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.

Bu barədə İqtisadiyyat.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“2003-2023-cü illər ərzində ölkədə 6 782,6 km Respublika əhəmiyyətli, 11 418,7 km yerli əhəmiyyətli, 2 454,4 km Bakı şəhər yolları və 47,9 km Sumqayıt şəhər yolları olmaqla 20 703,6 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib”, - məlumatda qeyd olunur.

Məlumata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.