Somalinin Hiran bölgəsində törədilən iki kamikadze hücumunda ölənlərin sayı 35-ə yüksəlib, 72 nəfər isə yaralanıb.

Hiran polisinin sözçüsü Abdiaziz Əhməd ölənlər arasında əsgərlərin olduğunu bildirib.

O, xatırladıb ki, dünən paytaxt Moqadişudan təxminən 300 kilometr şimalda yerləşən Mahas şəhərində bombalı hücumlar olub.

Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.