2020-ci ilin yanvar-iyul aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 20,5mln ton neft (kondensatla birlikdə) hasil edilib. 

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1,4 mln ton az olub. 

Respublika üzrə hasil edilmiş neftin 14 mln tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,2 mln tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə hasilat 4,3 mln ton təşkil edib.report