Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ildə xam neft satışından gəlirini 3,3% artıraraq 58,462 mlrd. manata çatdırıb.

Bu barədə şirkətin 2018-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Hesabat dövründə şirkətin neft məhsullarının satışından gəlirləri 40,093mlrd. manat olub ki, bu da 2017-ci ildən 61,6% çoxdur.

Təbii qaz satışından isə SOCAR 3,191 mlrd. manat gəlir əldə edib. Bu isə 2017-ci ildəki göstəricidən 19,5% artıqdır.