SOCAR iyul ayında Bakı-Novorossiysk boru kəməri ilə 85 min ton neft nəql edib

Fins.az interfax-a istinadən xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O, "Bakı-Novorossiysk boru kəməri ilə neft nəqliyyatı iyulun 17-də bərpa edildi. İyul ayında bu marşrut boyunca təxminən 85 min ton neft vurduq" deyə qeyd edib.

O həmçinin qeyd edib ki, göstərilən həcmdə neftin Novorossiysk limanına göndərilməsi avqustun ortalarında planlaşdırılıb.