Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satışa çıxarılan İsrailin Aşdod neft emalı zavodu ilə bağlı təklif daxil olub.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İsrail KİV-ində SOCAR-ın bu neft emalı zavodunun alışına maraq göstərdiyi barədə məlumata münasibət  bildirərkən qeyd edib.

O bildirib ki, lakin SOCAR hazırda belə bir investisiyanı nəzərdən keçirmir.

Qeyd edək ki, İsrail KİV-ində SOCAR-ın satışa çıxarılmış Aşdod neft emalı zavoduna maraq göstərdiyi qeyd edilmişdi. Bildirilib ki, alış üçün yerli tərəfdaş lazımdır və SOCAR bununla bağlı bir neçə İsrail şirkəti ilə danışıqlar aparır.report