SOCAR-ın Türkiyədəki “Star” Neft Emalı Zavodunun yeni inzibati binası açılıb.

İqtisadiyyat.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, binadakı iclas və görüş otaqlarına Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, Azərbaycan ordusunun general-mayoru, 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Polad Həşimovun və işğal olunmuş rayonlarımızın adları verilib.

Qeyd edək ki, 19 oktyabr 2018-ci il tarixində Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.