2018-ci ilin sonuna SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları 71 milyon 55 min ton, təsdiq edilmiş qaz ehtiyatları isə 45 milyard 692 milyon kubmetr təşkil edib.

“Marja” SOCAR-ın “Davamlı inkişaf haqqında hesabat”ına istinadən xəbər verir ki, 2017-ci ilin sonu ilə müqayisədə SOCAR-ın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 1,3% artıb, təsdiq edilmiş qaz ehtiyatları isə 11,3% azalıb.

2017-ci ilin sonunda SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları 70 milyon 164 min ton, təsdiq edilmiş qaz ehtiyatları isə 51 milyard 485 milyon kubmetr təşkil etmişdi.

marja1569393970nq.jpg