SOCAR üzrə bu il qaz hasilatı 7 054,8 mln. kubmetr olacağı proqnozlaşdırılır ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 8,1% çoxdur.

İqtisadiyyat.Az APA-ya istinadən bildirir ki, Azərbaycanın neft-qaz sektorundakı etibarlı mənbə bildirib.

Qeyd edək ki, SOCAR-ın məlumatına görə, 2018-ci ildə şirkət 6 525 mln. kubmetr qaz hasil edib.

Mənbə xatırladıb ki, 2019-cu ildə Azərbaycanda 36 298,8 mln. kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır, bu isə 19%-ə yaxın artım deməkdir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, 2018-ci ildə ölkədə 30 592,2 mln. kubmetr qaz istehsal edilib. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,1% çoxdur.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin həyata keçirilməsi Azərbaycanda qaz hasilatının artmasına öz töhfəsini verir. Belə ki, ötən il "Şahdəniz" yatağından 11,5 mlrd. kubmetr qaz hasil edilib (13%-lik artım).