Neft ticarəti şirkətləri ehtimal olunan “neft bolluğu” halı üçün saxlama qabiliyyətlərini artırmaq üçün nəhəng tankerləri icarəyə götürürlər.

Dünyanın ən böyük neft ticarəti şirkətləri əlavə neft saxlaya biləcəyi nəhəng tanker gəmiləri üçün icarə müqavilələrini hazırlayaraq, koronavirusun yenidən artması ilə meydana gəlməsi ehtimal olunan “neft bolluğu”na hazırlaşırlar.

Bu çarter yarışı Səudiyyə Ərəbistanını, Rusiyanı və ittifaqdakı digərlərini narahat edə bilər. Bu icarə müqavilələri OPEC + koalisiyasının bu yay istehsalını azaltması və bazarda qıtlıq yaratmasından sonra neft şirkətlərinin bazarlarda yeni bir bolluq gözlədiklərinin bir göstəricisidir.

Bu mövzuda məlumatlı mənbələrə görə, dünyanın ikinci ən böyük müstəqil neft ticarəti şirkəti olan “Trafigura Group” son zamanlarda ümumilikdə 24 milyon barel neft saxlaya bilən onlarla super tanker icarəyə götürüb.

“Bloomberg News”un nəzərdən keçirdiyi nəqliyyat broker siyahılarına görə, buna oxşar təxminən 18 icarə müqaviləsi imzalanıb və imzalananlar arasında “Royal Dutch Shell”, “Vitol Group” və “Lukoil” kimi şirkətlər var.fed.az