İqtisadiyyat.az xəbər verir ki, 31 dekabr 2018-ci ilin tarixinə "A-Qroup Sığorta Şirkəti"nin cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 0,64% artaraq 10 mln. 672 min 521 manat olub.

Sözügedən dövrə sığorta şirkətinin cəmi kapitalı təqribən 5,9% və ya 733 min manat artaraq 13 mln. 110 min 861 manata çatıb. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 10 mln. 5 min 250 manat təşkil edir. Yanvar-dekabr ayları ərzində "A-Qroup Sığorta" ASC-nin cəmi gəlirləri 13 mln. 998 min 446 manat, cəmi xərcləri 11 mln. 294 min 123 manat təşkil edib. Sığorta şirkətinin vergidən əvvəlki mənfəəti 2 mln. 704 min 323 manat olub. Mənfəətindən 540 min 864 manat vergi ödəyən "A-Qroup Sığorta Şirkəti" 2018-ci ili 2 mln. 163 min 459 manat xalis mənfəət ilə başa vurub.