Transfer çalışmalarını davam etdirən "Sevilya" istədiyi oyunçunu Türkiyədə tapıb.

İqtisadiyyat.az xəbər verir ki, ispanlar "Fənərbağça"nın ulduzu Migel Kresponu transfer etmək cəhdlərini davam etdirir. İki təklifi qəbul edilməyən "Sevilya" "Fənərbağça"nın inadını qırmaq üçün qiyməti artırmaq fikrindədir.

Çempionluq uğrunda mübarizə aparan "Fənərbaxça" rəhbərliyinin necə qərar verəcəyi məlum deyil.