Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

İqtisadiyyat.az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

***

12:05

Şəhid baş leytenant Orxan Əsgərovla vida mərasimi başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.

***

11:28

Azərbaycanın İran səfirliyində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.

O.Əsgərovun vaxtilə yaşadığı ünvana insanlar axın edir, ehtiramlarını nümayiş etdirir, şəhidin ailəsinə dəstəklərini bildirirlər.

Qeyd edək ki, O.Əsgərovun cənazəsi yanvarın 29-da İrandan Azərbaycana gətirilib.