Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

İqtisadiyyat.az apa-ya istinadən xəbər verir ki, bu barədə o, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammitində çıxışı zamanı deyib.

"Biz İƏT ölkələri olaraq turizm proqramlarının genişləndirməliyik, bu potensialımızdan istifadə etməliyik", - o deyib.

Özbəkistan dövlət başçısı İƏT-ə üzv ölkələrin turizmlə bağlı dövlət qurumlarının birgə məsləhət komitəsinin yaradılmasını təklif edib. O deyib ki, bu məsləhət şurasının ilk iclasında da Özbəkistan ev sahibliyi edə bilər.