Səudiyyə Ərəbistanın milli neft şirkəti "Saudi Aramco" səhmlərinin ilkin kütləvi tədavülündən (IPO) rekord məbləğdə - 25,59 milyard ABŞ dolları gəlir əldə edib.

İqtisadiyyat.az xəbər verir ki bu barədə xarici mətbuatdaq məlumat yayımlanıb

Məlumata görə, şirkət səhmlərinin 1,5%-ni və yaxud 3 milyard səhmini satışa çıxarıb. İnvestorlar qiymətli kağızların hər birinə 32 rial və yaxud 8,53 dollar təklif ediblər. Ümumilikdə səhmlərə institusional investorlardan 106 milyard dollarlıq, fərdi investorlardan isə 119 milyard dollarlıq təklif olunub.

Uğurlu IPO-dan sonra "Saudi Aramco"nun bazar dəyəri kəskin artaraq 1,7 trilyon dollara çatıb və bu baxımdan şirkət dünyada 1-ci olub. report