Ötən il Samux rayonunda 2865,5 hektar sahədə dən üçün günəbaxan əkilib.

Rayon Statistika İdarəsindən bildirilib ki, əkin sahələrinin 25,5 hektarı dövlət kənd təsərrüfatı müəssisələrinin, 148 hektarı qeyri-kənd təsərrüfatı müəssisələrinin, 2692 hektarı isə əhali təsərrüfatlarının payına düşüb.

Qeyd edilib ki, bu məhsulun satış bazarı olduğuna görə rayonda günəbaxan əkini sahələri ilbəil artır. Əkin sahələrinin becərilməsində aqrotexniki qaydalardan, mineral və üzvi gübrələrdən, pestisidlərdən geniş istifadə edilir.

Həmçinin 2017-ci ildən Şəmkir Maşın Su Kanalının fəaliyyət göstərməsi məhsulun vaxtında suvarılmasına və məhsuldarlığın artırılmasına səbəb olub. 2018-ci ildə təsərrüfatlardan 5886 ton dən üçün günəbaxan yığılıb. Məhsuldarlıq hər hektardan 20,5 sentner olub.