İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə “Vedomosti” nəşri yazıb. 

Məlumdur ki, cəmi bir həftə ərzində flaqman smartfonların öncədən sifarişləri ötən il olan sifarişlər ilə (həmin vaxt bazara Samsung Galaxy S9 çıxarılmışdı) müqayisədə 2,5 dəfə çoxdur. Əgər yeni modeli “Galaxy S8”in öncədən sifarişləri ilə müqayisə etdikdə bu göstərici 3,5 dəfə çox olur. Nəşrə məlumat verən mənbənin sözlərinə görə, yeni model üzrə bir həftə ərzində olan sifarişlər təxminən 25 000 – 30 000 ola bilər. Müqayisə üçün deyək ki, (ötən ilin aprelində) rusiyalılar hələ bir ay ərzində təxminən 25 000 “Samsung Galaxy S9” smartfonu əldə edib.