İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Müqavilənin dəyəri 25 milyon funt-sterlinqdir. Bu rəqəm dekabrda edilən təkliflərin 1/3-i qədər çoxdur. “Evening Standard”ın nəzarət paketi “Lebedev Holdings”ə aiddir. Onu Evgeniy Lebedev (bankir Alekdandr Lebedevin oğlu) idarə edir. Müqavilədən öncə “Lebedev Holdings” “Evening Standard”ın 89%-nə sahib idi.

Qeyd etmək yerinə düşər ki, 2017-ci ildə Məhəmməd Abulcadayel bir başqa Britaniya qəzetinin (The Independent) aksiya paketini əldə etmişdi. Qəzetin nəzarət paketi, həmçinin Lebedevlərə məxsus olub. “Evening Standard” London qəzeti pulsuz paylanılır və gəlirlərini isə, əsasən reklamlardan əldə edir. Lebedev 2009-cu ildə qəzeti “Daily Mail”dən 1 milyon funt sterlinqə alıb. Üç ildən sonra isə qəzet 10 ildə ilk dəfə gəlir əldə etməyə başladı.