Saatlıda cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.

Rayonun Statistika İdarəsindən bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək 2483 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 hektar çoxdur. Əkin aparılmış sahələrin 1002 hektarını təzə yonca, 309 hektarını kartof, 235 hektarın tərəvəz, 889 hektarını isə bostan bitkiləri, 35 hektarını şəkər çuğunduru, 4 hektarını günəbaxan və digər bitkilər təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 13 min 5700 hektar sahədə pambıq əkilməsi üçün şum aparılıb, arata qoyulub və malalanıb.

Yaxın günlərdə rayonda çiyid səpininə start veriləcək.