Saratov vilayətində naməlum şəxslər hərbi komissarlığı yandırıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hərbi Baza məlumat yayıb.

Məlumatda yanğının rayonun İvanteyevka kəndinin Kooperativnaya küçəsində yerləşən hərbi komissarlığında baş verdiyi bildirilib.

Yanğınsöndürənlər tez bir zamanda yanğını söndürə biliblər. Növbətçi kabineti yanıb, qalan otaqlara ziyan dəyməyib.

Yanğın yerində hüquq-mühafizə orqanlarının əməkdaşları içərisində benzin və yağ qalıqları olan plastik butulka aşkar ediblər.

Polis hərbi komissarlığı yandıran naməlum şəxslərin axtarışına başlayıb.