Rusiyanın Birləşmiş Taxıl Şirkəti inkişaf etməkdə olan ölkələrə taxıl ixrac etmək üçün Rusiya gəmiqayırma zavodlarından 14 yeni quru yük gəmisi sifariş etməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Məlumatda ilk yük gəmisi 2026-cı ildən tez suya buraxıla biləcəyi qeyd olunub.

Şirkət gəmilərin yenilərinin tikintisi ilə yanaşı, təkrar beynəlxalq bazarda beş yük gəmisi almaq niyyətindədir.

Qeyd edək ki, hazırda Rusiya ixracatçılarının dənizdə taxıl daşıyıcıları yoxdur, bütün gəmilər icarədədir. Eyni zamanda, taxıl ixracının 80 faizdən çoxu dəniz yolu ilə həyata keçirilir.