Rusiya bu il 1,4 milyon pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Rusiya ordusuna 140 minə yaxın müxtəlif tipli PUA-lar təqdim olunub. 

"Bu il PUA istehsalı ötən illə müqayisədə təxminən 10 dəfə artırılacaq",-deyə Putin əlavə edib.