Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 433-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, vəbaya yoluxma sayı 13 min 922-yə yüksəlib.

Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

 

Gözəl Həşimova