"Getdikcə daha çox ölkə Ukraynadakı münaqişəni necə bitirmək barədə düşünür və Kiyev üçün təhlükəsizlik zəmanəti ilə hərbi əməliyyatların dayandırılması vacibdir".

İqtisadiyyat.az "Der Spiegel" jurnalına istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Onun sözlərinə görə, sülh Ukraynanın azad və müstəqil ölkə kimi mövcudluğu deməkdir: "Bu, Kiyev üçün təhlükəsizlik təminatlarını nəzərdə tutur. Dünyada getdikcə daha çox tərəfdaş bu müharibəni necə bitirmək barədə düşünür. Bizə bu lazımdır. Bu müharibəyə son qoyulmalıdır”.

 

Sadiq Cavadov