Böyük Britaniya İsrailin ölkənin cənubuna endirdiyi zərbələr fonunda Livandan öz vətəndaşlarını təxliyə etmək üçün Yaxın Şərqə aviasiya qrupu və 700-ə yaxın hərbçi göndərib.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, hərbi təyyarələr və helikopterlər, həmçinin 700-ə yaxın hərbi qulluqçu Kiprdəki Akrotiri bazasında yerləşdirilib.

Bundan əvvəl rəsmi London ingilisləri Livanı təcili tərk etməyə çağırmışdı.

"Son saatlar və günlər baş verən hadisələr bu vəziyyətin nə qədər həssas olduğunu nümayiş etdirdi, ona görə də mesajımız aydındır: Britaniya vətəndaşları indi ölkəni tərk etməlidirlər", - müdafiə naziri Con Hili bildirib.

 

Sadiq Cavadov