Rusiya Müdafiə Nazirliyi Arktikada son onilliklərdə ilk dəfə dizel sualtı qayıqlarını sınaqdan keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Məlumata görə söhbət Project 636.3 sualtı qayıqlarından gedir. Rusiya Dəniz Qüvvələrinin “qara dəliklər” ləqəbi verilən sualtı qayıqların 2014-2016-cı illərdə istehsalına başlanılıb.

2016-cı ilin payızında Sakit Okean Donanması üçün bu seriyanın daha altı sualtı qayığı üçün müqavilə imzalanıb.

Qeyd edək ki, onlardan üçü artıq istehsal olunub.