Noyabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarının 70 illiyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olmuşlar.
SOCAR-dan verilən məlumata görə, şirkət rəhbərliyinin təmsilçiləri burada Neft Daşlarının yenidənqurulmuş helikopter meydançası sərnişin gözləmə zalının açılışında iştirak etmiş, açıq dənizdə qazılmış ilk neft quyusunun yanında Neft Daşlarının qurulmasında xidmətləri olan insanları yad etmiş, Ulu öndər Heydər Əliyevin abidəsinin, 1957-ci il noyabrında Neft Daşlarındakı faciə zamanı həlak olan neftçilərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhid neftçilərin xatirə komplekslərinin önünə tər çiçəklər düzmüş, “Heydər Əliyev Muzeyi”nə, yenidən qurulmuş stadiona, idman zalına və mədəniyyət evinə baxış keçirmişlər.
SOCAR-ın prezidenti istehsalat sahələrində çalışan həmkarları ilə görüşərək, çağdaş neftçıxarma proseslərinin yeni çağırış və hədəfləri ilə bağlı onların fikirlərini öyrənmiş, müzakirələr aparmışdır. Rövnəq Abdullayev Neft Daşlarının 70 illik yubileyi münasibəti ilə idarənin əməkçilərini təbrik etmiş, ölkə başçısının apardığı islahat kursu çərçivəsində Şirkətin üzərinə düşən vəzifələrdən söz açmış, Neft Daşlarının strateji əhəmiyyətindən danışmışdır. Rövnəq Abdullayev demişdir: “Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır.
Azərbaycanın neft tarixinin bir çox görkəmli şəxslərin həyat yolu Neft Daşlarından keçib. Azərbaycan neftçilərinin bir neçə nəsli burada yüksək səviyyəli mütəxəssis kimi püxtələşib, dəyərli təcrübə qazanmışdır. Mən özüm də istehsalat fəaliyyətimə Neft Daşlarında başlamışam, burada çox dəyərli təcrübələr əldə etmiş, özümə etibarlı dostlar qazandım”. Neft Daşlarında çalışan neftçilərə müraciət edən SOCAR prezidenti sözlərini belə bitirmişdir:
“Dəyərli həmkarlarım, artıq 70 il istismarda olan Neft Daşları bu gün özünün ikinci baharını yaşayır. SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb. Hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yaxud yenidən qurulub. Respublika əhəmiyyətli yataqların məhsulu Neft Daşlarının infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur. Bu nəticələr, məhz sizin səriştə və bacarığınız, gərgin və fədakar zəhmətinizin sayəsində əldə olunmuşdur. Bu uğur-sizin uğurunuzdur!”
Səfər çərçivəsində SOCAR-ın prezidenti və Şirkət rəhbərliyinin nümayəndələri Neft Daşları zəhmətkeşləri ilə birlikdə nahar etmişlər. Səfərin sonunda SOCAR-ın rəhbərliyi Çilov adasına da baş çəkib, 2015-ci ildə təbii fəlakət nəticəsində həlak olmuş həmkarlarının abidəsi önünə tər çiçəklər qoymuş, onların əziz xatirəsini ehtiramla yad etmişlər.
Noyabrın 6-da Neft Daşlarında yatağının istismar edilməsinin 70 illiyi münasibəti ilə nefçi kollektivi üçün konsert təşkil olunmuşdur.
Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəllər bura “Qara Daşlar” adlandırılırdı. Neft Daşları yatağını əfsanəvi geoloq Ağaqurban Əliyev kəşf etmiş və ilk dəfə açıq dənizdə neftçıxarma layihəsinin həyata keçirilməsinə nail olmuşdur. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.
İlkin dövrdə burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq qazma va yaşayış üçün şərait yaradılmış, daha sonra “Yeddi gəmi adası” kimi məşhurlaşmış bu məntəqə açıq dənizdə süni adaya çevrilmişdir. 1951-ci ildə Neft Daşlarından ilk məhsul neft tankeri ilə sahilə göndərilmişdir. İstismar dövründə Neft Daşları NQÇİ ölkəmizin ümumi neft hasilatının 13 faizini birbaşa təmin etmişdir. Neft Daşlarının kəşfi Azərbaycanın neft sənayesində bir dönüş nöqtəsi yaratmış və ölkəmizin ikinci neft bumuna yol açmışdır.
Hazırda Azərbaycan neftinin böyük hissəsi məhz dənizdə çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə calaşdıran və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə ümumi çıxarılan xam neft və təbii qazın 70 faizə yaxın hissəsi sahilə məhz Neft Daşlarından ötürülür.
![](https://iqtisadiyyat.az/userfiles/files/iqtisadiyyat_az.png.pagespeed.ce.xUp7-E0vR1.png)
Xəbər lenti
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 İyul,14:10
Paris-2024: Daha bir cüdoçumuz üçün mübarizə başa çatdı
28 İyul,14:00
Qərbi Azərbaycan İcması bəyanat yayıb
28 İyul,13:55
Qəzzada ölənlərin sayı açıqlanıb
28 İyul,13:38
Azərbaycanda bəzi çaylardan sel keçir - VİDEO
28 İyul,13:24
Astarada leysan elektrik təsərrüfatına və vətəndaşlara ziyan vurdu
28 İyul,13:19
Daha iki tələbə vəfat edib - FOTO
28 İyul,12:58
Sabah hava necə olacaq?
28 İyul,12:44
Paris-2024: Azərbaycanın daha bir cüdoçusu mübarizəni dayandırdı
28 İyul,12:34
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
28 İyul,12:32
Azərbaycanda bəzi çaylardan sel keçib
28 İyul,12:21
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
28 İyul,12:17
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü - VİDEO
28 İyul,12:08
Qazaxıstan buğda idxalına qoyulan qadağanı ilin sonuna qədər uzadıb
28 İyul,11:48
Ayətullah Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib
28 İyul,11:37
Yaponiya, Cənubi Koreya və ABŞ müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb
28 İyul,11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 İyul,11:06
“Özünəməşğulluq fəaliyyətinin təşviqi” layihəsinə start verilib - FOTO
28 İyul,10:58
Kamala Harrisin prezident seçkilərində mümkün partnyorları məlum oldu
28 İyul,10:41
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA
28 İyul,10:19
Orban: "AB Ukrayna savaşını artıq uduzub"
28 İyul,10:02
Venesuelada prezident seçkiləri keçiriləcək
28 İyul,09:49
Paris-2024: Azərbaycanın 3 idmançısı mübarizəyə başlayır
28 İyul,09:33
ABŞ və Yaponiya müdafiə sahəsində əlaqələrini gücləndirir
28 İyul,09:27
Vyetnamda 5,1 bal gücündə zəlzələ olub
28 İyul,09:13
Bu gün 1000-dən artıq abituriyent imtahan verəcək
28 İyul,09:01
Ombudsman Aparatının mətbuat katibi vəzifəsindən azad olunub
27 İyul,23:46
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 İyul,22:12
DİN-dən xəbərdarlıq: Süni intellektlə sizlə bank əməkdaşı, ailə üzvü adından danışıqlar aparıla bilər
27 İyul,21:46
Somalinin naziri Sumqayıt Kimya Sənaye Parkında olub
27 İyul,21:28
Azərbaycan millisi Avropa çempionatının finalına yüksəldi
27 İyul,20:58
Harrisin vitse-prezident postuna namizədini nə vaxt açıqlayacağı məlum olub
27 İyul,20:41
Bölgələrdə dolu düşüb, Gədəbəyin bəzi yerlərindən sel keçib – FAKTİKİ HAVA
27 İyul,20:03
Azərbaycan millisinin üzvü Türkiyədə klubunu dəyişdi
27 İyul,19:46
Biləsuvarda FHN-in əməkdaşı hündürlükdən yıxılaraq ölüb
27 İyul,19:18
Ölkə ərazisində faktiki hava açıqlanıb
27 İyul,19:09
Daşkəsəndə gəlin qaynanasını baltalayıb
27 İyul,19:00
Qazaxıstan Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazırdır
27 İyul,18:22
ÇL: “Qarabağ” – “Linkoln” matçından öncə açıq məşqlərin vaxtı açıqlandı
27 İyul,18:01
Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris2024-də pozulmasına dair bəyanat yayıb
27 İyul,17:38
Çox oxunanlar
Ağadadaş Ağayevlə bağlı baş verən insidentin anbaan görüntüləri - VİDEO
Azərbaycanda bu universitetlərdə illik təhsil haqqı artırıldı - SİYAHI
Ağadadaş Ağayev xadiməyə balta ilə niyə xəsarət yetirib? - TƏFƏRRÜAT - YENİLƏNİB-2
Cəmiyyətin boşanma problemi: ailələr niyə dağılır?
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri bəlli olub - SİYAHI
Aksiz dərəcələri artırıldı: Azərbaycanda siqaret bahalaşacaq?
Biçilmiş taxıl sahələrini yandırmaq məhsuldarlığı artırır? - ARAŞDIRMA
ÇL: "Qarabağ" səfərdə "Linkoln"u məğlub etdi
Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - YENİLƏNİB
Azad edilmiş ərazilərə buraxılan şəxslər bu tələblərə riayət etməlidir - SİYAHI
Xırdalandakı “Kristal Abşeron”u niyə üfunət bürüyüb? - AÇIQLAMA - FOTO
Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - FOTO
Hərbi liseylərə qəbul imtahanı keçirilib - YENİLƏNİB
"MedEra Hospital"ın Ağadadaş Ağayevi döyən müfahizəçisi saxlanıldı
“AzInTelekom” milyonluq tenderi “sevimli şirkət”inə verdi
Natiq Əmirova ağır itki üz verib
Azərbaycanda metro və avtobuslardan istifadə artıb - CƏDVƏL
KL: "Sumqayıt" "Fehervar"a məğlub oldu
Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Azərbaycanda un ucuzlaşıb - RƏSMİ
Taxıl biçini yekunlaşır, buğda məhsuldarlığı aşağı düşüb: bahalaşma olacaq?
Azərbaycanda icra başçısına ağır İTKİ
"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibləri bilindi
Məhkəmə Rəşad İbrahimovun şikayətini təmin etmədi - CƏRİMƏ KƏSİLDİ
VK-nın Aparat rəhbəri işdən çıxdı, yüksək vəzifəyə təyin olundu
İranla sərhəddə silahlı insident olub, 2 sərhədçimiz yaralanıb
Prezident Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub
Azərbaycanda ilk dəfə abituriyentlərin ixtisas seçiminə köməklik edən platforma yaradılıb
Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib - FOTO
Bu il dünyada ən yüksək maaş alan liderlər - SİYAHI
"G7" ölkələrinin borcu nə qədərdir? - SİYAHI
"Coca-Cola"nın qazancı 5% azaldı
İmişlidə yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB
AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb
10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı istintaq tamamlanıb
Banklar problemli kreditləri necə azaldıb? - AÇIQLAMA
Hikmət Hacıyev: İlham Əliyev dezinformasiya hücumlarının qabaqlanmasında medianın rolunu daim yüksək qiymətləndirib
Hakimliyə namizədlərə yazılı imtahan keçirilib
Vəkillər Kollegiyasının 3 üzvü IV “Yüksəliş" müsabiqəsinin qalibi olub
Azərbaycan Türkmənistanın axtarışa verdiyi şəxsi ölkəsinə təhvil verdi