Bəzi futbolçuların sosial media hesablarında reklam qiymətləri açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, siyahıya Kriştianu Ronaldo başçılıq edir. 528 milyon izləyicisi olan Ronaldo 1 postdan 2 milyon funt-sterlinq qazanır. Bir paylaşımdan 1,5 milyon funt-sterlinq qazanan Lionel Messi siyahıda ikinci sıradadır. Digər ardıcıllıq isə aşağıdakı kimidir:

1. Kriştianu Ronaldo - £2m

2. Lionel Messi - £1.5m

3. Neymar - £784,000

4. David Bekxem - £330,000

5. Ronaldinho - £299,000

6. Zlatan Ibrahimoviç - £241,000

7. Məhəmməd Salah - £228,000

8. Qaret Beyl - £212,000

9. Luiz Suarez - £196,000

10. Toni Kroos - £152,000