"Roma" ciddi itki ilə üzləşib.
İqtisadiyyat.az xəbər verir ki, "canavarlar"ın hücumçusu Temmi Abraham sıradan çıxıb.
İngilis hücumçu Avropa Liqasının 1/4 final mərhələsində "Feyenoord"a qarşı keçirilən oyunun (0:1) ikinci hissəsində zədə alıb. Forvardın son durumu tibbi müayinədən sonra bilinəcək.
Abraham bu mövsüm 41 oyunda 7 qol vurub.