Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən 2022-ci təqvim ili üzrə "İlin hakimi" mükafatının sahibi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, 150 səs toplayan polşalı hakim Simon Marsiniya bu mukafata layiq görülüb. 

Qeyd edək ki, Qətərdə keçirilən 2022-ci il Dünya Çempionatının final matçını da polşalı hakim idarə etmişdi.