Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev vətəndaşların qəbulu çərçivəsində yeni istifadəyə verilmiş Ağstafa Cüdo Təlim Mərkəzinə baş çəkib. Nazir burada zəruri şəraitlə maraqlanıb və bəzi tapşırıqlar verib.

Rəşad Nəbiyev bildirib ki, təlim mərkəzində gün ərzində 100 nəfərə qədər yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcək:

“Məqsədimiz cüdonun daha da kütləviləşdirilməsi ilə sağlam həyat tərzinin formalaşdırılmasına töhfə verməkdir. Mərkəzin istifadəyə verilməsi bu şəhərdə cüdo idman növünün daha da kütləviləşdirilməsinə zəmin yaradır”.