İspaniya Super Kuboku yarımfinal mərhələsində "Valensiya" ilə qarşılaşan "Real Madrid" klubunda ciddi itki baş verib.

İqtisadiyyat.az xəbər verir ki,  matçın 67-ci dəqiqəsində zədələn Lukas Vaskesin vəziyyətinə aydınlıq gəlib. Tibbi yoxlamadan sonra futbolçunun 1,5 ay futboldan uzaq qalacağı məlum olub.

Qeyd edək ki, "Real Madrid" klubu "Valensiya"ya qalib gələrək finala yüksəlmişdi.