Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq fabriklərində diri çəkidə 50,2 min ton quş əti istehsal edilib.

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, keçən ilin eyni dövrü ilə müqayisədə quş əti istehsalı 7,1 min ton azalıb. 2018-ci ilin yanvar-sentyabr aylarında quşçuluq fabriklərində 57,3 min ton quş əti istehsal edilmişdi.

Cari ilin yanvar-sentyabr aylarında quşçuluq fabriklərində 553 milyon ədəd (keçən il 494,1 milyon ədəd) yumurta istehsal olunub.

Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 13 milyon 481min baş (keçən il 11 milyon 15 min baş) olmuş, hər yumurtlayan toyuqdan orta hesabla 148 ədəd yumurta alınmışdır.